17.11.2018 14:08
2211
İngiltərənin "Çelsi" klubu "Borusia Dortmund"un futbolçusunu heyətinə qatacağı iddia edilir. Cempion.az xəbər verir ki, "zadəganlar" Dortmundun amerikalı futbolçusu Kristian Pulisiçi yanvarda komandanın sıralarına cəlb edəcəyi bildirilir. Qeyd edək ki, 20 yaşlı cinah oyunçusu bu mövsüm iştirak etdiyi 12 oyunda 3qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.