cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Maksim Medvedev: "Meydana qələbə qazanmaq üçün çıxacağıq"

20.11.2018 09:56 Oxundu 2100

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin üzvü Maksim Medvedev oyundən əvvəl təşkil olunmuş mətbuat konfransında iştirak edib. Cempion.az xəbər verir ki, Maksim oyun haqqında deyib: "Rəqibimiz yaxşı komandadır. Həlledici oyun olacaq. Kosovo yığması bizdən 2 xal öndədir. Amma bizim üstünlüyümüz komanda şəklində birliyimizdir. Meydana qələbə qazanmaq üçün çıxacağıq".