çərşənbə axşamı, 23 aprel 2024

DÜNYA FUTBOLU

Yurgen Klop gənc hücumçunu istəyir

20.11.2018 13:43 Oxundu 2015

"Liverpul" klubu hücum xəttində Roberto Firminoya alternativ tapıb. Cempion.az xəbər verir ki, Danil Starrig və Divok Originin göstərdiyi oyundan məmnun olmayan baş məşqçi Yurgen Klopun hədəfində yeni bir hücumçu var. Təcrübəli mütəxəssis "Ayntraxt Frankfurtun" futbolçusu Luka Yovicin alınmasını rəhbərliyə bildirib. Luka Yoviç 9 qolla Bundesliqada bombardilər cədvəlinə başçılıq edir. Qeyd edək ki, futbolçu üçün "Barselona" və "Bayer Münhen" də maraqlandığı bildirilir.