çərşənbə axşamı, 16 aprel 2024

ŞAHMAT

10-cu heç-heçə

23.11.2018 14:33 Oxundu 2098

Dünya çempionu Maqnus Karlsenlə iddiaçı Fabiano Karuana arasında şahmat tacı uğrunda matçın 10-cü partiyası da sülhlə nəticələnib. Hesab 5:5-dir. Bu gün şahmatçılar istirahət edəcəklər. 11-cu partiya bu gün keçiriləcək. Bu dəfə ağ fiqurlarla dünya çempionu oynayacaq.

Xatırladaq ki, matç 12 partiyadan ibarət olacaq. 12 partiyadan sonra qalib müəyyənləşməsə, tay-breyk keçiriləcək. Hər biri 25 dəqiqədən (plyus hər gediş üçün 10 saniyə) ibarət olan 4 partiyalıq tay-breykdə də qalib müəyyənləşməsə, hər biri 5 dəqiqədən (+ hər gediş üçün 3 saniyə) ibarət daha 2 partiya keçiriləcək. Bu halda da heç-heçə qeydə alınarsa, daha 4 partyalıq blits-matç olacaq. 10 partiyalıq tay-breykdən sonra qalib müəyyən olunmasa , həlledici partiya oynanılacaq. Həmin partiyada 61-ci gedişdən sonra hər gediş üçün 3 saniyə əlavə olunmaqla ağlara 5, qaralara isə 4 dəqiqə nəzarət vaxtı veriləcək. Heç -heçə qaraların xeyrinə sayılacaq.

Tay-breyk noyabrin 28-nə planlaşdırılır.