cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqasında VAR-dan istifadə olunacaq

04.12.2018 10:20 Oxundu 1659

UEFA Video Köməkçi Hakim (VAR) sistemindən bu mövsümün ikinci hissəsindən etibarən istifadə edəcəyini bildirib. Cempion.az xəbər verir ki, 2019-cu ilin fevral ayında start götürəcək Çempionlar Liqasının 1/8 final mərhələsinin oyunlarında VAR sistemi tətbiq ediləcək. UEFA əlavə olaraq 2019 - cu ildə VAR sistemindən UEFA Avropa Liqasının Finalı, UEFA Super Kuboku finalı, UEFA Millətlər Liqasının play-off oyunları və U-21 Avropa Çempionatında istifadə ediləcəyini bildirib.