çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

Luka Modriç: "Zidan mənə "Qızıl Top"u qazanacağımı demişdi"

05.12.2018 10:42 Oxundu 1944

2018-ci il "Qızıl Top" mükafatının qalibi olan Luka Modriç "France Football" jurnalına müsahibə verib. Cempion.az xəbər verir ki, karyerasındakı qazandığı uğurlarda Zidanın da əməyinin olduğunu bildirən Modriç: "Çox xüsusi bir an var. Zidan bütün bu olacaqları mənə demişdi. Karyeramda fərdi olaraq ən çox titulu bu mövsüm əldə etdim. Zidan bir gün məşqdən sonra məni otağına çağırdı. Mənə "Xüsusi bir futbolçusan. "Qızıl Top"un qalibi olmaq üçün böyük potensialın var. Bir gün "Qızıl Top" sənin olacaq" dedi. Zidan kimi bir mütəxəssis sizə belə söz deyirsə, məsuliyyətiniz və güvənininz daha çox olur. Ona böyük hörmətim var. Zidanın sözlərindən sonra özümü inkişaf etdirdim. Komandam üçün əlimdən gələni etdim. Ən yaxşı oyunumu oynamağa başladım. Zidan dedi və mən də inandım. Çünki Onun kimi təcrübəli bir adam yalnız doğru praqnozları verə bilər" deyib.