şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Joan Laporta: “Biz Messinin seçiminə hörmət edirik”

03.08.2023 16:09 Oxundu 1286
 
"Barselona"nın prezidenti Joan Laporta kataloniya klubunun əfsanəsi Lionel Messi haqqında danışıb.
- Messi dünyanın ən yaxşı oyunçusudur, amma insan olaraq daha da yaxşıdır. Lionel futbol tarixinin ən yaxşısıdır. Barselonada hamı onu sevir. Leo “İnter Mayami”yə keçmək qərarını verdi. Bu, həm klub, həm də liqa üçün əla əlamətdar hadisədir. Biz onun seçiminə hörmətlə yanaşır və ona MLS-də uğurlar arzulayırıq”, - deyə CNN Laportdan sitat gətirir.