bazar ertəsi, 20 may 2024

DÜNYA FUTBOLU

Antonio Konte: "Mən qayıdanda başqaları üçün çətin olacaq"

14.10.2023 12:02 Oxundu 401

İtaliyanın baş məşqçisi Antonio Konte futbola mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.
“Stress mənim yanacaqımdır, təzyiq məni motivasiya edir, çünki qalib gələndə daha yaxşı olur. Müsbət və mənfi stress var. Mənim üçün bu, enerji və saf adrenalindir. Qayıdanda ən çətin problemlərin öhdəsindən gəlməyə daha yaxşı hazırlaşacağam. Xəbərləri oxuyuram, amma indi hiss edirəm ki, özümə və böyüyən qızıma vaxt ayırmalıyam. Bundan sonra döyüşə qayıtmağa hazır olacağam. Mən qayıdanda isə başqaları üçün çətin olacaq”, - deyə “La Gazzetta dello Sport”  Kontenin sözlərini yayıb.