bazar ertəsi, 20 may 2024

DÜNYA FUTBOLU

Yulian Naqelsmann: "Yaxşı nəticə təkcə qələbə deyil"

16.10.2023 14:16 Oxundu 314

“Biz bu turnirdə qalib gəlmək istəyirik, amma yaxşı nəticə təkcə qələbə deyil”.
“Cempion.az” “Yeniavaz.com”a istinadən bildirir ki,  bunu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann 2024-cü il Avropa çempionatında qarşıya qoyduqları hədəflər barədə danışarkən deyib.
- Mənə elə gəlir ki, hansısa turnirdə iştirak edib qalib olmaq istəmək normal haldır. Biz bu turnirdə qalib gəlmək istəyirik, amma yaxşı nəticə təkcə qələbə deyil. Əgər biz yarımfinala, 1/4 finala və ya başqa bir yerə çıxsaq və eyni zamanda parlaq futbol nümayiş etdirsək və bütün ölkə bizimlə fəxr edirsə, bu da uğur ola bilər. İndi bunu proqnozlaşdırmaq asan deyil, lakin turnirdə qalib olmaq istəyi hər bir komanda üçün normaldır”, - Naqelsmann bildirir.