bazar ertəsi, 20 may 2024

BİZİM FUTBOL

Millimiz qrupda 4-cü məğlubiyyətini aldı

16.10.2023 23:21 Oxundu 451
 
Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.
F qrupunda mübarizə aparan milli komandamız Bakıda Avstriya yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda Azərbaycan yığması 0:1 hesabı ilə məğlub olub. Bu komandamızın qrup mərhələsində 4-cü məğlubiyyətidir..
Azərbaycan 4 xalla 4-cü sıradadır.
AÇ-2024, seçmə mərhələVIII tur


16 oktyabr
Azərbaycan – Avstriya 0:1
Qol: Marsel Zabitser, 48-pen.
Qırmızı vərəqə: Quido Burqstaller, 90+4.
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Rəşad Əzizli, 2. Cəlal Hüseynov, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Nəriman Axundzadə, 15. Rüstəm Əhmədzadə, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

Avstriya: 12. Aleksander Şlager, 2. Maksimilian Vöber, 4. Ksaver Şlager, 6. Nikolas Seyvald, 7. Saşa Kalaydziç, 10. Florian Qrilliç, 15. Filipp Linhart, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksander Prass, 20. Konrad Laymer (k).
Ehtiyat oyunçular: 1. Nikls Hedl, 13. Patrik Pents, 3. Quido Burqstaller, 5. Samson Baydo, 8. Marko Qrüll, 9. Marsel Zabitser,  11. Manprit Sarkariya, 14. Deyan Lyubiçiç, 19. Kristof Baumqartner, 21. Patrik Vimmer, 22. Mattias Seydl, 23. Məhəmməd Çam.
Baş məşqçi: Ralf Ranqnik.