şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

İsveçli azarkeşləri güllələyən terrorçu öldürülüb

17.10.2023 14:26 Oxundu 807

İki isveçli azarkeşi güllələyən terrorçu polis tərəfindən saxlanılarkən döş qəfəsindən aldığı güllə yarasından ölüb.
Bu barədə  “cempion.az “DH Les Sports”a istinadən məlumat xəbər verir. Mənbənin məlumatına görə, terrorçu təcili yardım maşınında reanimasiyaya aparılarkən yolda dünyasını dəyişib.
Buna qədər cinayətkarın şəxsiyyəti müəyyən edilib. Onun Tunis əsilli Lassoued Abdeslam olduğu bəlli olub. O, sığınacaq axtaran şəxs idi və bir neçə silaha sahib idi.
Xatırladaq ki, dünən, oktyabrın 16-da Brüsseldə (Belçika) Avropa çempionatının seçmə turnirinin Belçika – İsveç matçı öncəsi iki isveçli azarkeş güllələnib. Buna görə də oyunun birinci hissəsindən sonra İsveç futbolçuları meydançaya çıxmaqdan imtina edıb və oyun yarımçıq dayandırılıb.  Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib.