bazar ertəsi, 20 may 2024

DÜNYA FUTBOLU

Joze Mourinyo: "Hər bir məşqçi mülayim və güclü olmalıdır"

21.10.2023 16:00 Oxundu 358

“Roma”nın baş məşqçisi Joze Mourinyo futbol məşqçisinin necə olması ilə bağlı fikirlərini bölüşüb.
"Hər bir məşqçi mülayim və güclü olmalıdır. Ola bilsin ki, həssas sözünü işlətmək burada yerinə düşmür. Siz səmimi və açıq olmalı, oyunçularınızı, onların fikir və hisslərini dinləməli, komanda ilə işlədiyinizi başa düşməlisiniz. Bir qrup oyunçu istənilən məsələyə münasibət bildirmək üçün danışmaq hüququna malik ola bilər. Komandada anlaşma yaratmaq üçün oyunçularla açıq olmalısan”, – Mourinyo “Gameplan.com” saytına müsahibəsində deyib.