
"Napoli"nin yarımmüdafiəçisi Marek Hamşik komandasının "Boloniya" üzərindəki qələbəsindən sonra maraqlı açıqlama verib. Həmin oyunda het-trik etmiş futbolçu deyib ki, o, Maradonanın bu klubun heyətində vurduğu qol rekordunu yeniləmək istəyir. Məlumat üçün bildirək ki, hazırda slovakiyalı futbolçusunun hesabında 109 qol var, Maradona isə bu klubda çıxış edərkən 115 qola imza atıb. O bildirib: "Mən Maradonanın rekordunu qırmaq istəyirəm. Buna bu mövsüm nail ola bilməsəm, şübhəsiz ki, gələn mövsüm qarşıma qoyduğum məqsədin öhdəsindən gələcəyəm. Mən onun rekorduna yaxınlaşdığıma görə özümü xoşbəxt hesab edirəm".
İtaliya A seriyası
XXXIII tur
4 fevral
"Bolonya" - "Napoli" - 1:7
Qollar: Vasilis Torosidis, 36 - Hamşik, 4; 70; 74. İnsinye, 7. Mertens, 34; 44; 90.