Cempionlar Liqasının pley-of mərhələsində keçirilən "Qarabağ"- "Kopenhagen" oyunu Azərbaycan futbol tarixi üçün əlamətdar hadisələrlə zəngin olmuşdur. Belə ki, bu oyun "Qarabağ" komandasının bu çərçivədə keçirilən ilk oyunu kimi Azərbaycan futbol tarixə düşdü. O oyun eyni zamanda Azərbaycan komandasının pley-of mərhələsində qazanılan ilk qələbəsi ilə yadda qaldı. Digər əlamətdar hadisə isə Çempionlar Liqasının pley-of mərhələsində vurulan ilk qol oldu. Qarabağın hücumçusu Mahir Mədətovun adı isə pley-of mərhələsində vurulan ilk qolun müəllifi kimi Azərbaycan futbolu tarixinə yazıldı.
Xatırladaq ki, Mahir Mədətov "Bakı" futbol klubunun yetirməsidir. O futbolda ilk addımlarını "Sabahın ulduzları" çempionatında atıb.