21.08.2019 16:10
604
![Oxundu](/Content/images/seen.png)
![](/uploadedfiles/custom/2018/12/19/1/c18deb27-c307-461a-964e-07e2a92fd9c6/frank_riberi.jpg)
“Bayer Münhen”dən azad agent statusunda ayrılan Frank Riberinin yeni komandası məlum olub.
Cempion.az xəbər verir ki, fransalı yarım müdafiəçi karyerasını “Fiorentina”da davam etdirəcək.
Seria A təmsilçisi ilə 2 illik müqavilə imzalayan F. Riberi bu müddət ərzində 4 milyon avro qazanacaq.
Qeyd edək ki, Riberi 2007-ci ildə “Marsel”dən “Bayer Münhen”ə transfer olub
![](/uploadedfiles/custom/2019/8/21/1/8b0ccf74-293d-4385-a837-7be4712f549e/riberi_frank.jpg)