bazar ertəsi, 28 aprel 2025

BİZİM FUTBOL

Albaniya çempionatında növbəti tur: həmyerlimiz kənarda qaldı

19.12.2019 15:30 Oxundu 405


Futbol üzrə Albaniya çempionatında 16-cı turun oyunları keçirilib. 

Cempion.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Laçi” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Eltun bu görüşün iştirakçısı olmayıb. 

“Biliş” 16 turdan sonra 27 xalla 10 komanda arasında 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu "Sabah"dan icarəyə götürüb.