30.01.2020 10:25
340

Tbilisi şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Cempion.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Gürcüstanın eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma komandamız 1:0 hesablı qələbəyə sevinib.
Azərbaycan millisinin heyətində Nisrina Zeriul fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda Gürcüstan yığması 1:0 hesabı ilə qalib gəlmişdi.