31.01.2020 14:30
351

"Vilyarreal” Dortmund “Borussiya”sının hücumçusu Pako Alkaseri transfer edib.
Cempion.az İspaniya klubunun saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb. O, yeni klubunda 17 nömrəli formanı geyinəcək.
İspaniya mətbuatı “Vilyarreal”ın bu transfer üçün Almaniya təmsilçisinə 25 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Alkaser bu mövsüm “Borussiya”da 15 oyunda 7 qol vurub.