çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

“Yuventus”dan “Borussiya”ya

31.01.2020 13:20 Oxundu 346

“Yuventus”un futbolçusu Emre Canın “Borussiya”ya keçidi tamamlanmaq üzrədir.
Cempion.az Almaniya mətbuatına istinadən xəbər verir ki,  yarımmüdafiəçi bu gün Dortmund klubunda tibbi müayinədən keçəcək. Türk əsilli futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Emrə Can 2018-ci ildə “Liverpul”dan ayrıldıqdan sonra azad agent statusu ilə “Yuventus”a keçib. O, bu mövsüm A Seriyasında cəmi 8 oyuna çıxıb.