çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Qış transfer dövrü yekunlaşır

31.01.2020 15:30 Oxundu 395


Bu gün Avropa ölkələrində qış "transfer pəncərəsi" yekunlaşacaq. 

Cempion.az xəbər verir ki, bu gün İngiltərə, Almaniya, İtaliya, Fransa, Hollandiya, Belçika, Türkiyə, Yunanıstan və Danimarkada futbolçu transferləri başa çatacaq. İspaniyada isə "pəncərə" artıq bağlıdır. Portuqaliyada isə fevralın 1-dək oyunçu almaq mümkün olacaq. 

Ölkəmizdə isə yanvarın 7-dən başlanan qış transfer dövrü fevralın 3-də yekunlaşacaq. 

Qeyd edək ki, qış transfer dövrü başlanandığı andan ən bahalı futbolçu Portuqaliya "Sportinq"indən İngiltərə "Mançester Yunayted"inə 55 milyon dollara keçən Brunu Fernandeş olub.