31.01.2020 18:00
369

"Qarabağ" İspaniyadan daha bir futbolçu ala bilər.
Cemрion.az xəbər verir ki, bu barədə dünyaca məşhur "Marca" nəşri məlumat yayıb. İddiaya görə, Azərbaycan çempionu "Rayo Valyekano"nun yarımmüdafiəçisi Coni Montieli heyətinə qatmaq istəyir.
Xəbərdə Sequnda təmsilçisinin əsas heyətə düşməkdə çətinlik çəkən 21 yaşlı futbolçunu Avropada transfer pəncərəsinin son günündə satmaq və ya icarəyə vermək istədiyi bildirilir.
İspaniyanın U-17, U-18 və U-19 yığmalarında oynamış Montiel "Rayo Valkeyako"nun yetirməsidir. Futbolçu son illər "Toledo", "Deportivo" kimi klublarda icarə əsasında çıxış edib. Ötən yay icarədən qayıdan yarımmüdafiəçi cari mövsüm Sequndada 12 matçda iştirak edib.