31.01.2020 18:10
364

İspaniyanın "Leganes" klubu heyətinə yeni futbolçusu cəlb edib.
Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu La Liqanın digər təmsilçisi "Leganes"ə transfer olub.
B.Qil yeni klubunda mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, gənc oyunçu cari mövsüm Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya"nın İspaniyada "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldiyi görüşdə komandasının ilk qoluna imza atıb.