31.01.2020 19:00
378

Azərbaycan Premyer Liqasında sabah keçiriləcək "Neftçi” – "Sumqayıt” oyununun biletləri satışa çıxarılıb.
Cempion.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, VİP yerlərə biletlərin qiyməti 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sumqayıt” oyunu saat 17:30-da start götrəcək.