çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Qaret Beyl bu gün “Tottenhem”ə qayıda bilər

31.01.2020 16:50 Oxundu 354

“Real”ın futbolçusu Qaret Beyl “Tottenhem”ə keçməyə yaxındır.
Cempion.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. Xəbərdə bildirilir ki, "Tottenhem"  transfer pəncərəsinin son günündə 30 yaşlı uelsli hücumçunu heyətinə cəlb etmək üçün bütün imkanlarını səfərbər edib.
Kristian Erikseni “İnter”ə satan London təmsilçisi onun yerini Beyllə doldurmaq istəyirlər.

Qeyd edək ki, Beyl 2013-cü ildə məhz “Tottenhem”dən 100 milyon avro qarşılığında “Real”a keçib.