çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Semih Kaya yenidən "Qalatasaray"da

31.01.2020 16:51 Oxundu 393


Türkiyənin "Qalatasaray" klubu sabiq futbolçusu Semih Kayanı yenidən geri qaytarıb.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Çexiyanın "Sparta" klubunda çıxış edən 29 yaşlı müdafiəçini icarəyə götürüb.

Tərəflər arasındakı anlaşmaya görə, Semih mövsümün sonuna qədər "Qalatasaray"ın şərəfini qoruyacaq. O, daha öncə 2009-2017-ci illərdə "Cim Bom"da çıxış edib.

Qeyd edək ki, cari mövsüm "Sparta" (Praqa) klubunun heyətində 12 oyuna çıxan təcrübəli futbolçu 2 qol vurub.