31.01.2020 21:36
369

Millimizin qapıçısı Emil Balayev Qazaxıstan “Tobol”undan ayrılıb.
Cemрion.az xəbər verir ki, 25 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Ona bundakı sonrakı karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Emil Balayev "Tobol"a ötən mövsümün əvvəlində transfer olunmuşdu. O, bu komandanın heyətində 36 matçda meydana çıxıb.
Xatırladaq ki, milliyyətcə erməni olan Qriqori Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.