01.02.2020 10:38
353

Almaniya 2-ci Bundesliqasında 20-ci tura start verilib.
Cempion.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda "Arminiya" ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.
Start heyətdə meydana çıxan Nazarov 80-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 30 xalı olan Aue təmsilçisi 18 komanda arasında hazırda 6-cı pillədə qərarlaşıb.