çərşənbə, 30 aprel 2025

GÜLƏŞ

Türkiyə kanalı yığmamızdan videoreortaj hazırladı - VİDEO

01.02.2020 12:33 Oxundu 371


Xəbər verdiyimiz kimi, qadınlardan ibarət güləş yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir.

Cempion.az xəbər verir ki, yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və Çin Taypeyindən olan komanda ilə birgə hazırlığı davam etdirir.

Toplanış fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Yeri gəlmişkən, Türkiyənin "Beinsport" telekanalı 3 komandanın iştirakıyla baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb.

Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.