01.02.2020 13:22
380

"Barselona" "transfer pəncərəsi"nin bağlanmasına bir neçə sat qalmış yeni oyunçu alıb.
Cempion.az xəbər verir ki, Kataloniyalılar "Braqa"nın hücumçusu Fransişku Trinkayı heyətinə qatıb. 20 yaşlı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Mövsümün sonuna qədər "Braqa"da çıxış edəcək istedadlı futbolçu iyul ayında isə "Barselona"ya qoşulacaq.
La Liqa klubunun bu keçid üçün 31 miyon avro ödədiyi bildirilir. Trinkay bu mövsüm”Braqa”da 11 oyuna 2 qol vurub.