çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Roma" aşağı liqadan 4 milyona oyunçu aldı

01.02.2020 14:28 Oxundu 387


"Roma" yeni futbolçu ilə heyətini gücləndirib.

Cempion.az xəbər verir ki, paytaxt təmsilçisi İspaniyanın II liqasında çıxış edən "Elçe"nin futbolçusu Qonzalo Vilyarı transfer edib.

21 yaşlı yarımmüdafiəçi İtaliya klubu ilə 2024-cü ilə qədər müqavilə imzalayıb. "Roma" bu transfer üçün qarşı tərəfə 4 milyon avro ödəyib.

İspaniyalı futbolçu yeni komandasında 14 nömrəli formanı geyinəcək. Cari mövsüm "Elçe"nin heyətində 20 oyuna çıxan Vilyar cəmi 1 qola imza atıb.