çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

İsgəndər Cavadov Elxan Məmmədovdan niyə inciyib? - EKSKLÜZİV!

01.02.2020 15:00 Oxundu 513

Veteran futbolçu İsgəndər Cavadov AFFA-nın son konfransından narazı qalıb.

Federasiyaya yaxın mənbədən Cempion.az-a ötürülən məlumata görə Cavadovu narazı salan məqam vitse-prezident postuna özünün yox Vaqif Sadıqovun seçilməsi olub.

Məhz bu seçimə görə Cavadov Elxan Məmmədovdan inciyib. İsgəndər bəyin fikrincə onun futbolçu keçmişi və nüfuzu daha yüksək olduğu üçün Sadıqovun yerinə ona etimad göstərilməli idi. Lakin baş katib - icraçı vitse-prezidentin istəyi ilə üstünlük Sadıqova verilib.

Qeyd edək ki Cavadov hazırda İK-da yer alıb və eyni zamanda AFFA-dan "Kəpəz"ə kurator təyin olunub.