çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Millimizin üzvü "Birmingem Siti"yə keçməkdən imtina edib

01.02.2020 11:53 Oxundu 346


İngiltərənin "Vulverhempton" komandasının hücumçusu Renat Dadaşov "Birmingem Siti"yə keçməkdən imtina edib.
Cempion.az "Sky Sports"a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu bu addımı klublar arasındakı icarə anlaşmasına rəğmən atıb.
Dadaşov "canavarlar"la 2019-cu ilin yayında müqavilə bağlasa da, hələ Premyer Liqa oyunlarında meydana çıxa bilməyib. O, mövsümün ilk yarısını Portuqaliyanın "Pakuş de Ferreyra" komandasında keçirib. "Birmingem Siti" daha əvvəl "Vulverhempton"dan Pep Kloteti ala bilməyib. Bununla da Çempionşip təmsilçisi heyəti gücləndirməyi qış transfer pəncərəsinin son günlərinə saxladığı üçün azarkeşlərin tənqidləri ilə qarşılaşıb.

Qeyd edək ki, Renat Dadaşov yanvarın 29-da "Vulverhempton"un U-23 komandasının heyətində "Liverpul"la Beynəlxalq Premyer Liqa Kuboku görüşünün 47-ci dəqiqəsində qol vurub. Həmin matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Birmingem Siti" Çempionşipdə 29 turdan sonra 34 xalla 24 komanda arasında 18-ci pillədə qərarlaşıb.