01.02.2020 12:45
395


2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək voleybol üzrə Olimpiya Oyunlarının qrupları müəyyənləşib.
Cempion.az xəbər verir ki, qrupların tərkibi FİVB reytinqinə əsasən müəyyənləşib.
Kişilərin yarışında Yaponiya, Polşa, İtaliya, Kanada, İran və Venesuela yığmaları A qrupunda yer alıb. B qrupunda isə Braziliya, ABŞ, Rusiya, Argentina, Fransa və Tunis komandaları mubarizə aparacaq.
Qadınların yarışında Yaponiya, Serbiya, Braziliya, Cənubi Koreya, Dominikan Respublikası və Keniya A qrupuna düşüb. B qrupunda isə Çin, ABŞ, Rusiya, İtaliya, Argentina və Türkiyə yığmaları yarışacaq.
Hər qrupda ilk 4 yeri tutan komandalar 1/4 finalda mübarizəni davam etdirəcək.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.