çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Bu gün Madriddə derbi var

01.02.2020 13:35 Oxundu 408


Bu gün La Liqada 22-ci tura start veriləcək.

Cempion.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq. Turun açlış matçında “Qranada” ilə “Espanyol” üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.Turun mərkəzi oyunu saat 19.00-da (Bakı vaxtı ilə) start götürəcək. Madrid derbisində “Real” “Atletiko”nu qəbul edəcək. Günün son qarşılaşması isə "Malyorka" və "Valyadolid" arasında keçiriləcək. Qarşılaşma bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, 21 oyundan sonra 46 xal toplayan “Real” 1-ci, 36 xala malik “Atletiko” 5-ci yerdədir.