çərşənbə, 30 aprel 2025

MÜSAHİBƏ

Franko Yelovçiç: " İndi isə səbirsizliklə Rusiya ilə oyunu gözləyirik"

01.02.2020 13:45 Oxundu 362


Futzal üzrə Xorvatiya millisinin üzvü Franko Yelovçiç bu gün Rusiyaya ilə oyundandan öncə açıqlama verib.
Cempion.az Xorvatiya Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, o, yığmamızın Rusiyanı məğlub etməsinin  onlar üçün vəziyyəti çətinləşdirdiyini söyləyib:
 "Slovakiya ilə oyun dramatik alındı. Ancaq əsas məsələ qələbə qazanmağımız idi. İndi isə səbirsizliklə Rusiya ilə oyunu gözləyirik. Rusiya nominal olaraq qrupun ilkin favoritidir. Lakin bütün komandaların bir-biri ilə oynaya biləcəyini və hər oyunun özü-özlüyündə çətin olduğunu gördük. Bizimlə müqayisədə Rusiya yığmasının üzərində daha böyük təzyiq var. Xüsusilə Braziliya əsilli və Avropa təcrübəsi olan futzalçılardan ibarət Azərbaycan millisinin Rusiya üzərindəki qələbəsi vəziyyəti daha da çətinləşdirdi".

Qeyd edək ki, Azərbaycan yığması elit-raundun 2-ci turunda Rusiyaya 4:3 hesabı ilə qalib gəlib. Millimiz son turda bu gün Slovakiya ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.