01.02.2020 15:25
547


Konor Makqreqor və Həbib Nurməhəmmədov revanş döyüşünə çıxa bilər.
Cempion.az xəbər verir ki, UFC prezidenti Dena Uayt açıqlama verib.
Prezident bildirib ki, Həbib Nurmaqomedov vəToni Fergüson döyüşünün qalibi Konor Makqreqor ilə qarşılaşacaq. Həbib bu döyüşdə qələbə qazansa, bu ilin payızında irland döyüşçü ilə revanş matçına çıxacaq. Potensial revanş Ramazan bayramından sonra - 2020-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında keçiriləcək.
Qeyd edək ki, Həbiblə Konor arasında ilk döyüş 2018-ci ilin oktyabrında keçirilib və dağıstanlı idmançı qələbəsi ilə başa çatıb.