01.02.2020 17:30
334

İtaliyanın "Fiorentina" klubu yeni transferini açıqlayıb.
Cempion.az klubun rəsmi sayıtına istinadən xəbər verir ki, Florensiyalılar "Verona"nın yarımmüdafiəçisi Sofyan Amrabatı 20 milyon avroya transfer edib. 23 yaşlı futbolçu iyulda "Fiorentina"ya qoşulacaq.
Qeyd edək ki, "Verona" Mərakeş millisinin üzvünü "Brügge"dən 3 milyon avroya transfer etmişdi. Sofyanın böyük qardaşı Nordin Amrabat Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"də çıxış edir.