çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

Zаur Həşimov "Sabah" üzərindəki qələbəni şərh etdi

01.02.2020 21:07 Oxundu 898


"Qış fasiləsində müəyyən qədər transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır. Nəticə bizi qane etdi. Əsas odur ki, 3 xal qazandıq".

Cempion.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi  Zaur Həşimov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Şafik Tiqrucanın heyətdə olmamasının səbəbi ilə bağlı verilən sualı belə cavablandırıb: "Onun olmamağı rəqabətlə bağlı deyildi. Rəqibin orta xəttindəki oyununa görə belə qərar qəbul etmişdik ki, müdafiəyəmeylli futbolçularımız daha çox olsun".

Z.Həşimov 4-cü pilləyə yüksəlmələri ilə bağlı deyib: "Avrokubok zonası barədə fikirləşmirik. Qarşımıza belə məqsəd qoymuşuq ki, hər oyuna maksimum güclə yanaşaq. Oyundan oyuna yanaşırıq".