çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

"Çelsi" niyə futbolçu almadı?

02.02.2020 14:15 Oxundu 308


"Çelsi"nin baş məşqçisi Frenk Lempard klubun yeni futbolçu almamasından danışıb.

Cemрion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis yeni transferlərin komandanın atmosferini dəyişmək üçün vacib olduğunu bildirib:

"Reallıq budur ki, nədənsə biz heç bir müqavilə bağlamadıq. Ətrafıma baxıram və görürəm  ki, "Mançester Yunayted" dünya səviyyəli futbolçunu- Bruno Fernandeşi alıb. "Tottenhem" 1-2 futbolçu transfer etdi, amma yenə də bizdən geri qalmırlar. Klubla müqaviləsi başa çatan, artıq burada xoşbəxt ola bilməyən bir neçə oyunçu da komandadan ayrıldı. Bəzən yeni futbolçuların gəlişi çox vacibdir. Komandanın içində atmosfer dəyişir. Ona görə də bu məsələ üzərində işləməyin ağıllı addım olduğunu düşünürəm".