çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

"Zirə"nin futbolçusu cəzalı duruma düşdü

02.02.2020 16:19 Oxundu 321



"Zirə"nin futbolçusu Elvin Camalov cəzalı duruma düşüb.

Cemрion.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında XV turun "Sabah"la ev oyununda mövsümdə 4-cü sarı vərəqəsini alıb.

O, daha əvvəl III turda elə "Sabah" (1:1), XII turda "Keşlə" (3:1) ilə ev, XIII turda "Qəbələ" (0:3) ilə səfər oyunlarında da xəbərdarlıqla üzləşib.

Beləliklə, Camalov XVI turun "Sumqayıt"la səfər oyununu buraxmalı olacaq. Bu matç fevralın 8-də "Kapital Bank Arena"da keçiriləcək.