çərşənbə, 30 aprel 2025

DÜNYA FUTBOLU

Daha bir futbolçu ABŞ-a üz tutdu

02.02.2020 18:00 Oxundu 363


Argentina millisinin keçmiş yarımmüdafiəçisi Nikolas Qaytanın yeni klubu məlum olub.

Cempion.az xəbər verir ki, son olaraq ABŞ-ın “Çikaqo Fayr” klubunda çıxış etmiş 31 yaşlı futbolçu Fransa “Lill”inə transfer olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Təcrübəli Qaytan mövsümün sonuna qədər “Lill”in şərəfini qoruyacaq.

Karyerası ərzində “Atletiko”, “Benfika” kimi klublarda çıxış etmiş futbolçu Argentina millisinin heyətində keçirdiyi 28 oyunda 2 qolla yadda qalıb.