çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

Kamal Quliyev: "Yemək" üçün yer olanda namizədlərin sayı da çoxalır”

03.02.2020 14:00 Oxundu 471


"Milliyə 32 məşqçinin namizəd olması həddən artıq çoxdur. Yığma üçün heç 11 futbolçu tapıb oynada bilmirik, 32 məşqçi nədir? Bilirsiz, "yemək" üçün yer olanda namizədlərin sayı da çoxalır". 

Cempion.az xəbər verir ki, bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev deyib.

Yığmamızın baş məşqçisi postuna namizədlərin sayının çox olmasından danışan veteran futbolçu vurğulayıb ki, komandamıza xarici yox, yerli mütəxəssis kömək edə bilər: "Çezare Prandelli kömək edə bilsəydi, elə orada qalıb "Qalatasaray"a kömək edərdi. Bizim üçün ən realı və yaxşısı yerli məşqidir. Pulları havayıdan ora-bura xərclədiniz bəsdir. Xarici məşqçi gətirməyin mənası nədir? Şan-şöhrət üçün ediriksə, gedək onda Dieqo Maradonanı gətirək. Axı siz futbolçu tapıb millidə oynada bilmirsiniz, hansı Prandelli, hansı De Biazidən danışırsınız? Məncə, millidə yerli mütəxəssis işləməlidir. Yunis Hüseynov və ya qeyrisi, əsas azərbaycanlı olmasıdır. Komandamıza yerli mütəxəssis xaricilərdən qat-qat faydalı olar. Onları gətirməyin mənası yoxdur. Çezare Prandelli və ya başqa xarici məşqçini onda gətirərsən ki, millinin 8-9 futbolçusu Avropa klublarında oynasın. Yoxsa, indi biz futbolçu tapmırıq".

43 yaşlı mütəxəssis millidə baş məşqçisi olmuş Vaqif Sadıqovun AFFA-nın vitse-prezidenti olmasına da münasibət bildirib: "Xeyirli olsun. Əsas odur ki, veteran futbolçuların heç olmasa işləməsinə kömək etsin. Orada bir adam üç yerdə işləyir. Heç olmasa belə qeyri-adiliyi təmizləsin. Aşağı yaş qruplarında məşqçilərin karusel məsələsini qurtarmaq, digərlərinə də fikir və şans vermək lazımdır".