çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

Millimizin futbolçusu Antalyaya aparılmadı: Pasportuna görə

03.02.2020 10:00 Oxundu 362

Nuğay Rəşidov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına qatılmayıb.

Cemрion.az xəbər verir ki, "Qəbələ" klubundan toplanışa dəvət olunmuş gənc müdafiəçi sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.
 
Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, Rəşidov yeni pasport almaylb. Bu üzdən də o, qarşıdakı toplanışdan kənarda qalıb.
 
Xatırladaq ki, bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alan "Qəbələ"nin daha bir futbolçusu Sənan Qərimov da səhhəti ilə əlaqədar heyətdən çıxarılıb.