03.02.2020 13:21
376


Bakının “Sabah” klubu Premyer Liqada ardıcıl 3-cü məğlubiyyətini alıb.
Cempion.az PFL-in rəsmi sayıtına istinadən xəbər verir ki, mövsümün ilk yarısının son iki oyununda “Qarabağ”a 0:1, “Neftçi”yə 0:2 hesab ilə məğlub olan paytaxt təmsilçisi XV turda “Zirə”dən 2 cavabsız qol buraxıb. Hər üç qarşılaşmada quru hesabla məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar. İndiyədək “Sabah” ardıcıl 3 oyunda xalsız qalmamışdı. Əvvəlki mövsümyarımda komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.