03.02.2020 16:00
398

FİFA dərəcəli referimiz Əliyar Ağayevin idarə etdiyi Yunanıstan Superliqasının 22-ci turunun “Panatinaikos” - PAOK matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Cemрion.az xəbər verir ki, Ağayev görüşdə bir penalti və iki sarı vərəqə göstərib.
O, qarşılaşmanın 49-cu dəqiqəsində PAOK-un qapısına penalti təyin edib. Bununla yanaşı, Əliyar Ağayev matçın 58-ci dəqiqəsində PAOK-un oyunçusu Dmitri Limniosa və ev sahibi komandanın üzvü Antos Pounqorasa sarı vərəqə göstərib.
Matçın ilk hissəsinin son dəqiqələrində "Panatinaikos" qol vursa da, Əliyar Ağayev VAR sisteminin müdaxiləsindən sonra qolu ləğv edib.