çərşənbə, 30 aprel 2025

BİZİM FUTBOL

Nikola Yurçeviç: "Seçmə mərhələdə daha çox xal toplaya bilərdik"

03.02.2020 17:20 Oxundu 367


"Açığı, Azərbaycan mənim üçün qeyri-adi və xoş ölkə idi. Əla şəhərdə - Bakıda yaşayırdım". 
Cempion.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibəsində deyib. 54 yaşlı mütəxəssis yığmadakı fəaliyyətindən də danışıb: 
"Biz  əlverişsiz rəqib idik. Seçmə mərhələdə daha çox xal toplaya bilərdik. Əlimdə olan futbolçulardan tam razı qaldım. Çempionat baxımından isə 8 komanda və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik. Fikrimcə, yığmanın inkişafından məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və eləcə də Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi". 

Artıq müqaviləsinin başa çatdığını bildirən Yurçeviç indi başqa ambisiyalarla yaşadığını söyləyib: "Zamanın nə gətirəcəyinə və qarşımda nəyi açacağına baxacağıq". 

Qeyd edək ki, Nikola Yurçeviçin rəhbərliyi altında Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsini 1 xalla başa vurub.