çərşənbə, 30 aprel 2025

DİGƏR NÖVLƏR

MMA döyüşçüsü Rizin Qran-prisində

03.02.2020 15:12 Oxundu 387


Azərbaycanın daha bir MMA döyüşçüsü Rizin Qran-prisində iştirak edəcək.
Cempion.az xəbər verir ki, Rizin Döyüş Federasiyası Vüqar Kərəmovla da müqavilə imzalayıb. Keçirdiyi 17 döyüşün 14-də rəqiblərini məğlub edən MMA-çı  bu görüşlərin 3-də məğlub olub. “Vuqi” ləqəbli idmançının ilk rəqibi Quam təmsilçisi Kayl Aquon olacaq. Qarşılaşma fevralın 22-də Yaponiyanın Hamamatsu şəhərindəki eyniadlı arenada keçirilməsi planlaşdırılır.

Aquon indiyədək 21 döyüşünün 13-də qələbə qazanıb, 8-də isə uduzub.

Qeyd edək ki, Vüqar Kərəmov daha öncə “Bellator”da mübarizə aparıb. Azərbaycanın digər MMA döyüşçüsü Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin qalibi olub.