03.02.2020 15:48
360

Dünən keçirilən “Tottenhem” – “Mançester Siti” qarşılaşmasında Joze Mourinyo hakimə sərt etiraz edib.
Cempion.az xəbər verir ki, ev sahiblərinin portuqaliyalı baş məşqçisi qonaq komandanın futbolçu Rahim Sterliqə qırmızı vərəqənin göstərilməməsindən narazı qalıb.
Hücumçu 12-ci dəqiqədə “sarı”vərəqə ilə cəzalandırılıb. Oyunun gedişatında o, daha bir dəfə qaydanı pozsa da, hakim futbolçuya cəza verməyib. Köməkçi məşqçi bu haqda Mourinyoya məlumat verdikdə o, dördüncü hakimin üzərinə gedərək ona etirazını bildirib.