
Braziliyanın Santa-Katarina ştatının çempionatında IV turun "Figeyrense" - "Avai" matçında azarkeşin iştirakı ilə insident baş verib.
Cempion.az xəbər verir ki, qarşılaşmanın sonlarında qonaq komandanın futbolçusu Bruno Silva meydandan çıxarkən əlləri ilə hesabı göstərərək tribunaları təxribata çəkib. Azarkeşlər oyunçunun davranışından narazılıqlarını fəal formada ifadə ediblər. Onlardan biri isə "Avai"nin ehtiyat oyunçular skamyasına girməyə müvəffəq olub.
Azarkeş Silvaya tərəf qışqırmağa başladıqda digər oyunçu ona irəli getmək imkanı verməyib və badalaqla yerə sərib. Daha sonra təxribatçı futbolçu fanatın başına təpik zərbəsi endirib. İnsidentdən sonra azarkeşi asayiş keşikçiləri meydandan çıxarıblar.
Qeyd edək ki, oyun "Avai"nin qələbəsi ilə yekunlaşıb - 2:0.