çərşənbə, 30 aprel 2025

VOLEYBOL

Voleybol millimiz reytinqini qorudu

04.02.2020 11:00 Oxundu 527


Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısı açıqlayıb.

Cemрion.az xəbər verir ki, Azərbaycan yığmaları da bu siyahıda yer alıb.

Qadınlardan ibarət millimiz dünyanın 22-ci komandası olaraq ötənilki mövqeyini qoruyub. Yığmamızın hesabında 33 xal var.

Çin millisi 320 xalla siyahıya başçılıq edir. ABŞ 266 xalla 2-ci, Serbiya 252 xalla 3-cüdür.

Kişilərdən ibarət Azərbaycan yığmasının isə cəmi 7 xalı var. Komandamız dünyada 65-cidir. Voleybolçularımız ötənilki mövqeyini qoruya bilib.

Cədvəlin ilk üç pilləsində Braziliya (335), ABŞ (280) və Polşa (272) qərarlaşıb.